Xaricdə yaşayan soydaşlarımıza Azərbaycandakı təhsil imkanlarından danışılıb

25.05.2021

Gürcüstan, Ukrayna və Rusiyada yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib. Vebinar Təhsil Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə 20 ali təhsil müəssisəsindən 30-dan çox əməkdaşı, həmçinin adları keçən ölkələrdə yaşayan müxtəlif ictimai birlik, təşkilat rəhbərləri, üzvləri, o cümlədən Azərbaycanda təhsildə maraqlı olan abituriyent və tələbələr iştirak edib. 6 ali təhsil müəssisəsinin təqdimatının keçirildiyi tədbirdə Azərbaycanda təhsil imkanları barədə müfəssəl məlumat verilib.
Vebinar tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.