Sidneydə yaşayan soydaşlarımız 28 May – Respublika Günü münasibətilə fləşmob təşkil edib

25.05.2021

Avstraliya İttifaqının Sidney şəhərində yaşayan soydaşlarımız 28 May – Respublika Gününün 103-cü ildönümü münasibətilə fləşmob təşkil ediblər.
Sidneyin Opera House teatrının qarşısında bir araya gələn 11 azərbaycanlı gənc "Yallı" milli rəqsini ifa edib. Müasir Azərbaycan müsiqisinin sədaları altında birlik və həmrəyliyi nümayiş etdirən gənclərimiz bu maraqlı fləşmobu 103 il öncə ölkəmizin adını demokratik dövlətlərin sırasına yazan Cümhuriyyət qurucularına və ötən ilki 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəyə həsr ediblər.