“Akord” jurnalının yeni nömrəsi nəşr edilib

21.05.2021

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin təsisçisi olduğu “Akord” jurnalının yeni nömrəsi Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə nəşr edilib. Jurnalın bu nömrəsində Azərbaycan diasporunun fəaliyyətinə geniş yer verilib.
Jurnalda 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbə, Azərbaycan-Bolqarıstan dostluq münasibətləri, Azərbaycan diasporunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.
Azərbaycan-Bolqarıstan münasibətlərində ən mühüm və aktual hadisələr barədə bolqar dilində məlumat verən “Akord” jurnalında ölkələrimiz arasında fəal siyasi dialoq, mədəniyyət və elmi institutların əlaqələri haqqında mütəmadi yazılar dərc olunur.
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişafında mühüm rol oynayan "Akord" jurnalı Bolqar dilində nəşr olunur.