Niderlanddakı diaspor üzvlərindən "Eurovision-2021"-də iştirak edən Azərbaycan təmsilçisinə dəstək

20.05.2021

Xarici ölkələrdə yaşayan həmvətənlərimiz və diaspor təşkilatları Azərbaycan təmsilçilərinin beynəlxalq müsabiqələrdə və yarışlarda iştirakını dəstəkləmək məqsədilə hər zaman böyük fəallıq göstərirlər.
Bu fəallıq hazırda Niderlandın Rotterdam şəhərinin ev sahibliyi etdiyi "Eurovision-2021" mahnı müsabiqəsi zamanı da nümayiş etdirilməkdədir. Həmin ölkədə fəaliyyət göstərən "Niderlandda Azərbaycan Evin"in rəhbərliyi müsabiqəyə qatılan nümayəndə heyətimizin qarşılanmasında və yerləşdirilməsində yaxından iştirak edib.
Qeyd edək ki, dünən ölkəmizi müsabiqədə təmsil edən gənc müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə ilk yarımfinalda uğurla çıxış edib və tamaşaçıların səsverməsi nəticəsində müsabiqənin finalına vəsiqə qazanıb. Xaricdə, o cümlədən Niderlandda yaşayan azərbaycanlılar səsvemə prosesində fəal iştirak etməklə təmsilçimizə dəstəklərini ifadə ediblər.
Müsabiqənin finalı mayın 22-də baş tutacaq.