Kostanay vilayətində dahi şəxsiyyət Heydər Əliyev yad edilib
Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycanlı İcmasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə çıxış edən “Birlik” Azərbaycanlı İcmasının sədri Rafayil Hacıbalayev, diaspor fəalları Dursun Məmmədov, Azad Hümbətov, Rasim Musayev və başqaları Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyətin hər zaman milli maraqlara əsaslanan siyasət yürütdüyünü, ölkəmizin hüquqi və demokratik əsaslarla inkişafı, beynəlxalq miqyasda nüfuzunun artırılması naminə misilsiz xidmətlər göstərdiyini bildiriblər. Ulu öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərinin dünya azərbaycanlılarının şüarına çevrildiyi nəzərə çatdırılıb.
Toplantı iştirakçıları qeyd ediblər ki, xalqımız hər zaman ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad edəcək, onu əbədi olaraq qəlbimizdə yaşadacaq.