Antalya və İğdır şəhərlərindəki azərbaycanlı ailələrə bayram sovqatları paylanılıb

17.05.2021

Türkiyənin Antalya və İğdır şəhərlərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə bu şəhərlərdə yaşayan azərbaycanlı ailələrə bayram sövqatları təqdim edilib.
Aksiya zamanı pandemiya məhdudiyyətləri səbəbindən yaranmış mürəkkəb dönəmdə Antalyada 30, İğdırda isə 45 aztəminatlı ailəyə Ramazan bayramı münasibətilə ərzaq paketləri çatdırılıb. Küçəyə çıxmaq qadağasının tətbiq edildiyi günlərdə işsizliklə qarşılaşan bəzi ailələrə ianə dəstəyi də göstərilib.
İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, küçəyə çıxmaq qadağasının mövcud olduğu günlərdə bu aksiyanın təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. O, xeyriyyə aksiyasının baş tutmasına görə iğdırlı xeyirsevərlərə təşəkkür edib.