Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edilib

16.05.2021

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirilib.
Aksiya zamanı Vətən müharibəsi şəhidlərinin, qazilərin və əlillərin ailələrinə bayram sovqatları təqdim edilib. Xeyriyyə aksiyası 200-dən çox ailəni əhatə edib.
BAK sədri Elsevər Məmmədov bildirib ki, bundan sonra da şəhid və qazi ailələrinə diqqət və qayğılarını əsirgəməyəcəklər. O, xaricdə yaşayan soydaşlarımızı bu cür aksiyalarda, eyni zamanda 25 may 2021-ci il tarixdə Azərbaycan Diasporuna Dəstək Fondunun və YAŞAT Fondunun birgə təşkil edəcəyi Xeyriyyə Marafonunda yaxından iştirak etməyə çağırıb: "Bu Xeyriyyə Marafonunda iştirak etməklə azərbaycanlılar bir daha öz birlik və həmrəyliyini nümayiş etdirəcəklər".