"Heydər Əliyevin qalibiyyət fəlsəfəsi" mövzusunda videokonfrans təşkil edilib

12.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə "Heydər Əliyevin qalibiyyət fəlsəfəsi" mövzusunda videokonfrans keçirilib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir Moldova, İtaliya və Rusiyadan olan diaspor gənclərinin moderatorluğu ilə baş tutub. Konfransda AMEA-nın Neft-Kimya prosesleri İnsitutunun direktoru, akademik Vaqif Abbasov məruzə ilə çıxış edib. Heydər Əliyevin həyatı, fəaliyyəti, liderlik və rəhbərlik xüsusiyyətləri barədə ətraflı danışan məruzəçi dahi şəxsiyyətin xalqımızın taleyində xüsusi önəm daşıdığına, həyata keçirdiyi xilaskarlıq missiyasına diqqəti cəlb edib.
Tədbirin müzakirə hissəsində "Mədəniyyətlərarası Əlaqələr Gənclər Birliyi"nin sədri Türkan Həsənova, Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvü Zamir Qubadov və A.S.Puşkin adına Leninqrad Dövlət Universtetinin filologiya fakültəsinin tələbəsi və jurnalist kimi fəaliyyət göstərən Nəzrin Şükran çıxış ediblər. Konfrans Heydər Əliyev irsi ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.