Türkiyə mediasında dahi şəxsiyyət Heydər Əliyevdən bəhs edilib
Türkiyənin https://yesiligdir.com və https://www.sabah.com.tr xəbər portallarında Azərbaycanın və Türk Dünyasının dahi şəxsiyyətlərindən və böyük liderlərindən biri olan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə məqalələr yayımlanıb.
İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın, jurnalist Cabbar Şıktaşın qələmə aldıqları məqalələrdə və Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədrinin müavini, İğdır–Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalın müsahibəsində dahi şəxsiyyət Heydər Əliyev iki ölkə arasında dostluğun memarı adlandırılıb.
"O, gerçək anlamda Türkiyəni sevirdi. Heydər Əliyev həmçinin Türkiyə-Azərbacan dostluğunun memarıdır. "Bir millət, iki dövlət" kəlamı ona məxsusdur. Azərbaycan bu gün də iki ölkə arasındakı dostluq məsələsində Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə sadiqdir", - deyə Ziya Zakir Acar bildirib.
1992-ci ildə Heydər Əliyevlə tanış olduğunu və sonrakı illərdə dəfələrlə görüşdüyünü xatırladan jurnalist Cabbar Şıktaş bildirib ki, bugün Azərbaycanın Qafqazın parlaq ulduzuna çevrilməsində Heydər Əliyevin əməyi şəksizdir: "Onun atmış olduğu təməllər bugün Azərbaycanı bölgənin önəmli və inkişaf etmiş ölkəsinə gətirib çıxarıb. Qüvvətli hafizəsi, uzaqgörənliyi, cəsarəti, dünya siyasətinə bələd olması, hadisələri təhlil edərkən səsləndirdiyi sağlam fikirlər həqiqətən izaholunmazdır".
Azərbaycanın və Türk Dünyasının tarixində iz buraxan layihələrdə Heydər Əliyevin imzasının olduğunu xatırladan Sərdar Ünsal bildirib ki, Azərbaycanda və Türk Dünyasında Heydər Əliyevə böyük sevgi mövcuddur: "İnsanlar onun Azərbaycan üçün həyata keçirdiklərini öyrəndikcə, onu daha çox sevməkdədirlər".
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://yesiligdir.com/haber/detay/28359
https://yesiligdir.com/yazar/yazi/7726
https://www.sabah.com.tr/igdir/2021/05/08/unsaldan-haydar-aliyevin-98-dogum-gunu-mesaji