Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Diasporla İş üzrə Dövlət Komitəsi müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirib.
Komitənin rəhbərliyi və kollektivi mayın 10-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib. Kollektiv adından ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad edilib.