Amsterdamda ulu öndərə həsr edilmiş poşt markası buraxılıb
Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə bu ölkədə görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş poçt markası buraxılıb.
S.Rəvanqızı bildirib ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində ümummilli lider Heydər Əliyevlə Prezident İlham Əliyevin birgə şəkli təsvir edilib. Məqsəd – niderlandlıların diqqətini müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlər göstərmiş nəhəng Azərbaycan siyasətçilərinə cəlb etməkdir. Markalar Niderlandın rəsmi poşt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.
Bundan öncə sözügedən layihə çərşivəsində "Xarı bülbül", "Əminə Dilbazi", "Covdət Hacıyev" və digər poçt markaları büraxılıb.
Qeyd edək ki, Bakıda anadan olmuş Səltənət Rəvanqızı 2004-cü ildən Niderlandda yaşayır. Xoreoqrafiya sənətindən dərs deyən soydaşımız Azərbaycan diasporunun fəal üzvüdür.