Rumıniya mediasında işğaldan azad edilmiş Şuşa şəhərində aparılan işlərdən bəhs olunub

10.05.2021

Rumıniya Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə bu ölkənin https://news24hours.ro xəbər saytında "Susa şəhəri 28 illik erməni işğalından sonra azaddır" sərlövhəli məqalə yerləşdirilib.
Birliyin uzvü, Rumıniyanın Siyasi elmlər və dövlət idarəetməsi üzrə milli məktəbinin (SNSPA) magistr tələbəsi olan soydaşımız Mavizar Həbiyevanın müəllifi olduğu məqalədə Azərbaycanın qədim Şuşa şəhərinin 28 il ərzində Ermənistanın işğalı altında qalması və ötən il baş verən Vətən müharibəsi zamanı Azərbaycanın ordusu tərəfindən azad edilməsi barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, 32 ildən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşanın məşhur Cıdır düzündə "Xarı Bülbül" musiqi festivalı keçiriləcək.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://news24hours.ro/article/18188?fbclid=IwAR3droyH2MyMuWDAJPHFUujoEGaFuSu7KZQyKYvtjd8Kj8rl4BK5q5D5Muw