Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib

10.05.2021

Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Zalsburq şəhərindəki Azərbaycan Evində görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Hallein dərnəyinin nümayəndəsi Durmuş Aydemir, Zell am See bölgəsi üzrə dərnək sədri Zaur Allahverdiyev, ADA Universitetinin tələbəsi Ülvi Fərəczadə, iş adamı Əli Toyran və başqaları iştirak ediblər. Çıxış edənlər qüdrətli siyasətçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərdan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, məhz ulu öndərin təməlini qoyduğu siyasi kursun layiqincə davam etdirilməsi nəticəsində mümkün olub.
Sonra ümummilli liderə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və fotolardan ibarət guşə də təşkil olunub.