Fransada "Qarabağ" məktəbinin şagirdləri fləşmob təşkil edib

01.05.2021

Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" məktəbinin şagirdləri Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq fləşmob təşkil ediblər.
Şəhərin "Parc de la Chezine" ərazisində çəkilən fləşmob zamanı şagirdlər Şuşanın Cıdır düzündə uşaqların futbol oynaması və oyun zamanı uşaqların ərazidə yerləşdirilmiş mina partlayışı nəticəsində həlak olduğu səhnəni canlandırıblar.
Aksiyanın sonundan ictimaiyyətə fransız dilində subtitrlə verilən çağırışda bildirilib: "Bu gün ermənilərin xain xisləti ucbatından azad və firavan yaşaya bilmirik. İnsanlar evlərinə qayıda bilmirlər. Dünya buna göz yummamalıdır! Biz öz haqqımız olan torpaqlarımızda qorxu içində deyil, normal yaşamalıyıq”.