ABŞ-da yaşayan soydaşımız Konqresin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürüb
2001-ci ildən ABŞ-da yaşayan həmvətənimiz Ramin Məmmədov Şimali Karolina ştatının 9-cu dairəsindən ölkə Konqresinin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürdüyünü elan edib.
Konqresmen olacağı təqdirdə fəaliyyətində təhsil, infrastruktur, iqtisadi imkanlar, seçicilərin hüquqları, qadın hüquqları, veteranlar, əl çatan səhiyyə və sair sahələrin prioritet təşkil edəcəyini bildirib.
Ramin Məmmədov Miçiqan ştatının Royal Oak-dakı Oakland İcma Kollecində təhsil alıb, Miçiqan Dövlət Universitetini siyasi elmlər və beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Karyerasına informasiya texnologiyaları sahəsindən başlayan soydaşımız 15 il öncə Şimali Karolina ştatına köçüb. Maliyyə xidmətləri göstərən şirkətlərə mürəkkəb məsələlərin müəyyənləşdirilməsi və həll olunmasına kömək edən keyfiyyət zəmanəti üzrə mütəxəssis kimi çalışır. Ailəlidir, iki övladı var.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızın Konqres seçkilərinə qatılmasını alqışlayır və ona bu siyasi mübarizədə uğurlar arzulayır.
Həmvətənimizin apardığı seçkiqabağı kampaniya barədə daha ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://ramforcongress.com/?fbclid=IwAR2q1eZz0bh5-vU9ucXjXBgPDh5700Qzj9W8As4pSA7op-RoSiai_jyC2m8