Misirin dövlət televiziyasında Azərbaycandan bəhs edilib
Misirin "Nile" dövlət televiziyasının "Qadın" proqramında Azərbaycanda Ramazan ayının keçirilməsi adət-ənənələrindən söz açılıb.
"Vətənpərvər" Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədr müavini Sədaqət Əli Əşrəfin və Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin Misir üzrə əlaqələndiricisi Səbinə Aydın Hidayətin qatıldıqları proqramda ölkəmizdə müqəddəs Ramazan ayının əsrlər boyu keçirildiyi vurğulanıb, bu ayın mövcud adət-ənənələrindən, milli mətbəximizin nümunələrindən danışılıb. Qarabağ əsilli olduğunu nəzərə çatdıran Səbinə xanım Azərbaycanın Qarabağ bölgəsinin əsrarəngiz təbiəti və dünyada məşhur olan Qarabağ atları barədə ətraflı məlumat verib.
Diaspor nümayəndələrimiz misirliləri Azərbaycana səfər etməyə, ölkəmizin paytaxtı Bakı şəhərini, füsunkar təbiətə malik olan bölgələrini əyani şəkildə görməyə dəvət ediblər.