Azərbaycan diasporu Budapeştdə xeyriyyə aksiyası keçirib
Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və "Qardaşlıq" Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə xeyriyyə aksiyası keçirilib.
Pandemiya qaydalarına uyğun olaraq tədbirdən bir həftə öncə Azərbaycan Evinin əməkdaşı Türanə Xəlilova və "Qardaşlıq" Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin sədri David Əmirov Budapeştdə yaşayan azərbaycanlı icmasının üzvlərini və azərbaycanlı tələbələri xeyriyyə tədbiri barədə məlumatlandırıblar. Aksiyanın keçirildiyi yerə dəvət olunan 100-ə yaxın həmvətənimizə imsaq və iftar zamanı istifadə olunacaq ərzaq paketləri təqdim edilib.
Aksiyanın təşkil olunmasında dəstək göstərən Macar-Türk-İslam Cəmiyyətinin sədri Blek Zoltan və Məhəmməd İncəoğluna azərbaycanlı icması adından minnətdarlıq ifadə olunub.