Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası uydurma soyqırımı iddiasını qətiyyətlə rədd edib
Federasiyanın sədr müavini və İğdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsalın yaydığı bəyanatda bildirilib ki, tarixi gerçəklər ortadadır: "1915-ci ildə ermənilər düşmənlə əməkdaşlıq və casusluq edir, kişilər cəbhədəykən, kəndlərə basqınlar edir, vəhşətlər törədirdilər. Savaşda bünun cəzası edamdır. Amma ermənilərə qarşı deportasiya cəzası tətbiq edilib. 24 apreldə heç kimin burnu qanamayıb. Sadəcə, təşkilatın rəhbərləri və üzvləri tutulublar. Bir ölüm hadisəsi yoxdur".
Qeyd edilib ki, azad dünya ermənilərin uydurmalarına inanmamalıdır və bu məsələyə artıq son vermək lazımdır. "Əsl soyqırımını Türk Millətinə qarşı törədən ermənilərdir. Ermənistanda bir türk tapa bilməzsiniz. Türkiyədə isə çox sayda erməni yaşamaqdadır. 1915-1920-ci illərdə Anadoluda soyqırımı törədən ermənilərin nəvələri dünənə qədər Azərbaycanın Xocalı və Qarabağ bölgəsində soyqırımları törədiblər. Bu gerçəklər ortada olduğundan ABŞ və Avropa ermənilərin soyqırımı yalanlarına inanmamalıdır".