Ermənilərin soyqırımı iddiası tarixin ən böyük yalanı adlandırılıb
Türkiyənin https://www.istanbulgercek.com xəbər portalında qardaş ölkədə yaşayan azərbaycanlı jurnalist Şəbnəm Qarslının "Tarixin ən böyük yalanı: Sözdə soyqırımı" sərlövhəli məqaləsi yayımlanıb.
Məqalədə ermənilərin soyqırımı iddiasının uydurma olduğu, 1915-ci ildə Türkiyəyə xəyanət edən ermənilərin Anadoluda türklərə və digər müsəlman xalqların nümayəndələrinə qarşı törətdikləri qətliamlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, ermənilər Osmanlı Türkiyəsindən deportasiyaya məruz qaldıqları zaman soyqırıma uğradıqlarını iddia edirlər. Halbuki deportasiya barədə qanun 24 apreldən bir ay sonra imzalanıb və sonra qüvvəyə minib. Deportasiya haqqında qanun faktiki olaraq 27 may 1915-ci il tarixində qəbul edilib.
"Osmanlı dövlətinin rəsmiləri deportasiya ediləcək insanların mal-mülkünü belə qorumağa çalışarkən illər sonra "soyqırımı" törətmədiklərinin soruşulacağını ağıllarına belə gətirə bilməzdilər", - deyə müəllif vurğulayıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.istanbulgercek.com/yazarlar/sebnem-karsli/tarihin-en-buyuk-yalani-sozde-soykirim/22/