Azərbaycan Kültür Dərnəyi erməniləri əsassız soyqırım iddialarından vaz keçməyə çağırıb
İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyi ermənilərin qondarma soyqırımı iddalarını hiddətlə pisləyib.
Dərnəyin bəyanatında bildirilib ki, erməni siyasətçiləri əsassız iddialarından vaz keçməlidirlər. 1910-1920-ci illər ərzində imperialist dövlətlərin vasitəsilə silahlanan erməni dəstələrinin yüz minlərlə Anadolu və Azərbaycan türklərini qətlə yetirdikləri, Ermənistanın son 30 ildə Azərbaycan torpaqlarının 20%-ni işğal alrında saxladığı, bütün dünyanın gözü qarşısında Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi, Azərbaycanın ötən ilki qələbəsinin bölgədə barışın bərqərar olması üçün imkanlar yaratdığı nəzərə çatdırılıb.
Dərnək bölgədə sülhün yaranması, xalqlarımızın dinc yanaşı yaşaması üçün erməni siyasətçilərini ətəklərindəki daşları tökməyə, reallığı qəbul etməyə dəvət ediblər.