Qarabağda törətdikləri qətliamlar erməniləri ifşa edir

26.04.2021

Türkiyənin https://yesiligdir.com xəbər portalında "24 aprel yalanları" sərlövhəli məqalə yayımlanıb.
Yeşil İğdır qəzetinin təsisçi-baş redaktoru Cabbar Şıktaşın qələmə aldığı məqalədə bildirilib ki, barbar ermənilərin son zamanlarda törətdikləri amansız vəhşiliklər onların soyqırımı iddialarını ifşa edir. Çünki tarixin hər mərhələsində fürsət düşən kimi türklərə qarşı kütləvi qırğınlar törədən məkrli ermənilər bu durumu öz xeyirlərinə dəyişmək niyyəti ilə 24 aprel "erməni soyqırımı" uydurublar.
"Osmanlı imperiyasının zəif anında Osmanlıya xəyanət edənlərin qovulmasını soyqırımı adlandıran bu qatil millətdən bir daha soruşulmalıdır. İğdır, Qars, Ərzurum, Ağrı, Van ... Bu bölgələrdə qırğınları kim həyata keçirdi? Qarabağ bölgəsində qısa müddət ərzində Xocalı, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndində minlərlə həssas mülki, qadın, yaşlı və uşaqları kim öldürdü? Kim dəfələrlə Qarabağda atəşkəs rejimini pozdu? Yəni şəhid Mübariz sizi cəhənnəmə səbəbsiz olaraqmı vasil etmişdi? Siz 2020-ci ildə səbri daşırdınız və 44 gündə həddiniz bildirildi. Türkiyə və Azərbaycan bayraqlarını yandırmaqla, siz öz açizliyinizi və əsrlik nifrətinizi ortaya qoyursunuz".
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://yesiligdir.com/yazar/yazi/7721