Amsterdam səmasında "Azərbaycanı minalardan azad et!" tələbi yazılıb
"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Amsterdam şəhərin səmasına "Azərbaycanı minalardan azad et!" tələbi yazılıb.
Birliyin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, aprelin 24-də saat 16:00-dan başlayaraq havaya qalxan təyyarə 1 saat ərzində şəhərin üzərində "Azərbaycanı minalardan azad et!" yazılmış şüarla dövrə vurub. Aksiyanın məqsədi azad olunmuş torpaqlarımızda minalanmış ərazilərin xəritəsini verməkdən imtina edən Ermənistana etiraz bildirmək olub.
Qeyd edək ki, bu ideyanı "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Xatirə Sərdarqızı və Səltənət Zeynalova irəli sürüblər.