Azərbaycan icması Yuta ştatının rəhbərliyinə məktub ünvanlayıb

24.04.2021

Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərli tərəfindən ünvanlanan müraciətdə bildirilir ki, ötən il 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, təxminən 30 ilə yaxın öz doğma el-obalarından didərgin düşən həmyerlilərimiz indiyədək öz evlərinə dönə bilmir. Ermənistan silahlı qüvvələri işğaldan azad edilmiş Azərbaycan ərazilərinə minlərlə minalar yerləşdirib. Minalar isə gözə görünməyən qatil kimidir, hərbçi və mülki sakini, təəssüf ki, bir-birindən fərqləndirmək xüsusiyyətinə malik deyil".
Azərbaycanın bu istiqamətdə müəyyən ciddi addımlar atdığı və bu təhlükənin aradan qaldırılmasına çalışdığı, lakin Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minalar səbəbindən həsrət qaldıqları torpaqları görmək üçün işğaldan azad olunmuş ərazilərə səfərlər edən Azərbaycan vətəndaşlarının həlak olduğu və ya müxtəlif bədən xəsarətləri aldığı nəzərə çatdırılıb.
Məktubda qeyd edilib ki, minalar xüsusən yaşayış yerlərində, çayların, kəsişmənin və qəbiristanlıqların yaxınlığında yerləşdirilib ki, bu da 1949-cu il Cenevrə Konvensiyasının və I Əlavə Protokolunun açıq şəkildə pozulmasıdır.