Koordinasiya Şurası İsveç hökumətinə bəyanatla müraciət edib
İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İsveçin Xarici İşlər Nazirinə, Birləşmiş Millətlərin İsveç nümayəndəliyinə və ATƏT-ə bəyanat göndərib. Bəyanatada bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan 30 ilə yaxındır ki, qəsdən çoxsaylı minalar yerləşdirib.
Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minalara görə mülki və hərbçi azərbaycanlılar həyatını itirir, xəsarət alır. Bəyanatda bildirilib ki, Ermənistan minalanmış ərazilərin xəritəsinə malik olsa da xəritəni vermək istəmir. İsveç hökumətinə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsinə dəstək göstərməsi ilə bağlı çağırış edilib.