Almaniyanın Münxen şəhərində minalanmış ərazilərin xəritəsi tələb edilib

24.04.2021

Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Münhen şəhərində yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.
Aksiyada məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.