Azərbaycanlı alimin kitabı Ukraynada nəşr edilib

24.04.2021

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" ictimai təşkilatının sədri, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin "Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət və diplomatiya" adlı kitabının IV-cü cildi nəşr olunub.
Kitabda ölkələrimiz arasındakı münasibətlərin yeni hədəflərindən, hüququn aliliyi, siyasi və diplomatiya sahəsində əldə edilən uğurlardan bəhs edilib. Müəllif həmçinin Qarabağ münaqişəsinin yaranma tarixi, beynəlxalq təşkilatların bu münaqişənin tənzimlənməsində iştirakı, ermənilərin terrorizm və separatizmə dəstəyi, terror təşkilatlarının fəaliyyəti barədə məsələlərə diqqəti cəlb edib.
Ümummulli lider Heydər Əliyevin yürütdüyü müdrik xarici siyasət, Ukrayna ilə əməkdaşlıq sahəsində bəxş etdiyi misilsiz töhfələr, Prezident İlham Əliyevin bu siyasi kursu müvəffəqiyyətlə davam etdirməsi, dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə və s. geniş təhlil edilib.