Azərbaycan–Belçika Dostluq Cəmiyyəti ölkəmizdəki aztəminatlı ailələrə yardım edib

22.04.2021

Cəmiyyətin sədri Ayhan Dəmirçi və Gent Türk ocağının fəxri sədri Tuncar Sarının təşəbbüsü ilə Ramazan ayının başlanması münasibətilə Azərbaycandakı 450 aztəminatlı ailəyə yardım göstərilib.
Azərbaycan–Belçika Dostluq Cəmiyyətndən bildirilib ki, ərzaq paketlərindən ibarət olan yardım artıq Bakının Pirşağı qəsəbəsindəki "Qızılqum" sanatoriyasında məskunlaşan Xocalı sakinlərinə təqdim olunub. Yaxın günlərdə isə Bakının ətraf rayonlarında yaşayan aztəminatlı ailələrə Ramazan payı çatdırılacaq və bu kampaniya Ramazan ayı boyunca davam edəcəkdir.
Cəmiyyət ərzaq paylarının Azərbaycandakı ünvanlara çatdırılması işini təşkil edən insanlara öz minnətdarlığını bildirib.