Niderlandın Zutermer şəhərindəki Baanbreker məktəbində Azərbaycan haqqında təqdimat olub
Xaricdə yaşayan soydaşlarımızın övladları tarixi vətənləri olan Azərbaycanın tanıdılması və təbliğ olunması istiqamətində böyük fəallıq göstərirlər.
Bu dəfə Niderland Krallığının Zutermer (Zoetermeer) şəhərində yaşayan yeniyetmə soydaşımız Xosrov Ağayev təhsil aldığı Baanbreker məktəbində Azərbaycana səyahət mövzusunda təqdimatla çıxış edib. Xosrov öz çıxışı zamanı ölkəmizin tarixi, yerləşdiyi məkan, adət-ənənələri, mədəniyyəti, memarlıq abidələri, keçirdiyi beynəlxalq tədbirlərə dair məlumatları və fotomaterialları təqdim edib.
Qeyd edək ki, məktəbli soydaşımız valideynləri, bacı və qardaşı ilə birlikdə Zutermer şəhərində yaşayır. Vətənpərvər, milli-adət ənənələrimizə sadiq olan Ağayevlər ailəsi Niderlandda Azərbaycan həqiqətləri və milli-mənvi irsimizlə bağlı tədbirlərdə hər zaman aktiv iştirak ediblər.