Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir
“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir. Azərbaycan dilini tədqiqatçı-alim, birliyin sədri Seymur Nəsirov tədris edir.
Tələbələrə təkcə Azərbaycan dilinə məxsus özəlliklər deyil, həmçinin ölkəmizin qədim və müasir tarixi, zəngin mədəniyyəti barədə müfəssəl məlumatlar verilir. Azərbaycan həqiqətləri bütün təfərrüatı ilə misirli və əcnəbi gənclərin nəzərinə çatdırılır.
Azərbaycan dilini öyrənən əcnəbi tələbələr arasında artıq mətnləri Azərbaycan dilindən ərəb dilinə tərcümə etmək səviyyəsinə çatanlar var.