İtaliya radiosunda azərbaycanlı icmasının fəaliyyətindən danışılıb

07.04.2021

Azərbaycan-İtaliya Birliyinin üzvləri Aynur Muradova və Lamiyə Arixova “Roma Capitale” radiosunun “On air show” proqramının qonağı olublar.
Soydaşlarımız İtaliyadakı azərbaycanlı icmasının, təmsil etdikləri Azərbaycan-İtaliya Birliyinin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və prioritetlərindən danışıblar. Onlar xalqımıza qarşı erməni faşistlərinin törətdikləri 31 mart və Xocalı soyqırımları barədə də dinləyicilərə ətraflı məlumat veriblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı da “Roma Capitale” radiosunda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində dinc vətəndaşlarımıza qarşı törətdikləri hərbi təxribatlar barədə yerli ictimaiyyəti məlumatlandırmaq üçün soydaşlarımızın çıxışlarına imkan yaradılıb.