Balkan ölkələri mediasında 31 mart soyqırımı haqqında məqalələr yayımlanıb
Azərbaycan–Monteneqro İqtisadi ve Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Monteneqro, Bosniya və Herseqovina mediasında "On minlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi gün" və "Azərbaycanda 31 mart soyqırımı günü kimi yad edilir" sərlövhəli məqalələr dərc olunub.
Mərkəzin üzvü, arasdirmaci jurnalist Bojidar Proroçiçin qələmə aldığı məqalələrdə 1918-ci il 31 mart – 3 aprel tarixlərində bolşevik-erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı barədə müfəssəl məlumat verilib. Bakı şəhərindən başlayan talan və qırğınların Bakı quberniyasına daxil olan şəhər və kəndlərdə, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Göyçə və digər bölgələrdə davam etdiyi bildirilib. Erməni quldurlarının Şamaxıda 110, Qubada 167, Qarabağda 150-dən çox, Zəngəzurda 115, Qarsda 98 kəndi talan etdikləri, dağıtdıqları və yandırdıqları, qadın, uşaq və qocalar da daxil olmaqla minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirdikləri nəzərə çatdırılıb.
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə mart soyqırımına siyasi və hüquqi qiymət verildiyi, hər il 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi yad edildiyi, Prezident İlham Əliyevin sərəncamı ilə soyqırımı qurbanlarının xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradıldığı xatırladılıb.
Beynəlxalq sənədlərə istinad edən müəllif qeyd edib ki, 1918-ci ildə minlərlə dinc azərbaycanlının etnik və dini zəmində öldürülməsi, bu cinayətlərin planlı şəkildə törədilməsi soyqırımı cinayətidir və dünya ictimaiyyəti bu qırğını soyqırımı kimi tanımalıdır.
Məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.aktuelno.me/svijet/obiljezavanje-103-godisnjice-genocida-nad-azerbejdzancima/
https://odgovor.me/2021/03/31/obiljezavanje-103-godisnjice-genocida-nad-azerbejdzancima-bozidar-prorocic/
https://crnogorskiportal.me/sadrzaj/4362
http://www.bosnjaci.net/prilog.php?pid=72500