Kanada parlamentarilərinə 31 mart soyqırımı barədə məlumat verilib

31.03.2021

Kvebek Azərbaycanlıları Assosiasiyası 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı Kanadanın parlament üzvlərinə məktub ünvanlayıb.
Məktubda 1918-ci il 31 mart – 3 aprel tarixləri arasında erməni silahlı dəstələrinin və havadarlarının dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri əhatə edən soyqırımı zamanı minlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirilib, müxtəlif tikililər və tarixi memarlıq abidələri dağıdılıb. Bu kütləvi qırğının Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğu vurğulanıb.