Floridadakı həftəsonu məktəbində dərs ilinə yekun vurulub
ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının nəzdindəki "Vətən" həftəsonu məktəbində dərs ilinə yekun vurulub.
Assosiasiyanın sədri Töhfə Eminova məktəbdə Azərbaycan dilini mənimsəyən şagirdləri təbrik edib və gələcəkdə dil bilgilərini daha da təkmilləşdirməyi arzulayıb. Sonra məktəbin fəal şagirdlərinə sertifikatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, "Vətən" həftəsonu Azərbaycan məktəbi ötən ilin dekabrında Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təsis edilib. Pandemiya ilə bağlı mövcud qaydalara uyğun olaraq, Azərbaycan dili dərsləri onlayn formatda tədris edilir. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.