Amerikalı senator soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib
ABŞ-ın Massaçusets ştatının senatoru Uilyam N.Brounsberger (William N. Brownsberger) Novruz bayramı münasibətilə bəyannamə imzalayıb.
Bəyannamədə Azərbaycanlıların 20 mart 2021-ci il tarixini Yeni ilin və baharın gəlişi kimi qeyd etdikləri nəzərə çatdırılıb. Bildirilib ki, senat Novruz bayramı münasibətilə Massaçusets–Azərbaycan İcmasını təbrik edir və uğurlar arzulayır.
Qeyd edək ki, bəyannamə Massaçusets–Azərbaycan İcmasının nümayəndəsi, Harvard Universitetinin doktorantura pilləsi üzrə tələbəsi Səma Məmmədovanın təşəbbüsü ilə qəbul edilib.