GUAM ölkələrinin hökumətlərarası tədbirində Dövlət Komitəsinin gerçəkləşdirdiyi layihələrdən danışılıb

27.03.2021

Avropa Birliyinin Qlobal Diaspor Mərkəzinin (QDM) və Miqrasiya İnkişaf Siyasəti üzrə Beynəlxalq Mərkəzin (MİSBM) birgə təşkilatçılığı ilə GUAM ölkələrinin hökumətlərarası onlayn dəyirmi masası keçirilib.
QDM, MİSBM və GUAM ölkələrinin hökümət nümayəndələrinin qatıldıqları tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Emin Rüstəmov geniş təqdimatla çıxış edib. Dövlət Komitəsinin fəaliyyəti, həyata keçirdiyi "Diaspor Gənclərinin I və II Yay Düşərgələri", "Diaspor Gənclərinin Qış Məktəbi", "Liderliyin inkişafı proqramı", "Beyin qazanma proqramı", "Azərbaycan Diaspor Qadınlar şəbəkəsi", "Azərbaycan Diaspor Gənclərinin Pəşəkar Şəbəkəsi", "Müxtəlif olsaq da, birlikdə güclüyük" kimi layihələr barədə ətraflı məlümat verilib. Bildirilib ki, bu layihələr xaricdə yaşayan diaspor gənclərinin tarixi vətənlərində tanınması, dünya üzrə şəbəkələşməsi və Azərbaycan gəncliyi ilə müştərək fəaliyyət göstərməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Digər ölkələrin təqdimatlarından sonra tədbir müzakirələrlə davam edib.