Niderlandda Novruz bayramına və 31 mart soyqırımına həsr olunmuş poçt markaları çap edilib

26.03.2021

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin əks olunduğu müxtəlif poçt markalarının çap olunması prosesinə start verilib.
Koordinasiya Şurasından bildirilib ki, artıq fevral ayında Xocalı soyqırımına həsr olunmuş poçt markaları çap edilərək yerli ictimaiyyətə təqdim edilib. Martda çap edilmiş poçt markalarının üzərində isə "Novruz Bayramınız mübarək!" və "31 mart 1918 – azərbaycanlıların soyqırımı günü" ifadələri yazılıb.
Niderland-Belçika Azərbaycanlıları Koordinasya Şurası bu nəcib və gözəl təşəbbüsə görə Niderland Krallığında fəaliyyət göstərən bütün Azərbaycan diasporuna minnətdarlığını bildirir və gələcək fəaliyyətlərində uğurlar diləyir.