Milli bayram və adət-ənənələrimizin təbliğində diasporun roluna həsr edilmiş videogörüş keçirilib
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə "Şərqi Avropada milli bayram və adət-ənənələrimizin təbliğində diasporun rolu” mövzusunda videogörüş keçirilib.
Tədbirdə "QALA" Cəmiyyətinin sədri Rəşid Məmmədov, "Qardaşlıq'" Macar-Azəri Birgə Cəmyyətinin sədri Ramiz Əmirli, Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə, Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə, Xorvatiya–Kaspi Ekonomik və Mədəniyyət Cəmiyyətinin sədri Renad Yüzbəyov, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, "QALA" Cəmiyyətinin Baş katibi Salatın Məmmədli və Cəmiyyətin Gənclər təşkilatının sədri Günel Nəsirova, Avropa Azərbaycanlıları Media Qrupun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev, Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri İlkin Hüseynzadə, Xorvatiyada yaşayan diaspor fəalı Musa Nağıyev, Braziliyada yaşayan xanım Andriea Hiromi, diaspor üzrə araşdırmaçı-ekspert, jurnalist Elnur Eltürk və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov pandemiyadan öncə və pandemiya dövründə milli bayram və adət-ənənələrimizin təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbir iştirakçıları Azərbaycanın qədim bayramlarından olan Novruzun humanizm məzmununu və mənəvi-mədəni zənginliyini müxtəlif vasitələrlə yaşadıqları cəmiyyətlərə çatdırdıqlarından bəhs ediblər. Hazırda pandemiya məhdudiyyətləri səbəbindən soydaşlarımızın bir araya gəlib Novruz bayramını təntənəli şəkildə qeyd edə bilmədikləri, fəaliyyətlərini yerli mətbuat orqanlarında məqalələrlə çıxış etmək və onlayn formatda tədbirlər təşkil etməklə həyata keçirdikləri nəzərə çatdırılıb. Görüş zamanı, eləcə də pandemiya dövründə diaspor təşkilatlarının fəaliyyəti, qarşıya qoyulan məqsəd və vəzifələr də müzakirə edilib.