Finlandiyadakı gənc soydaşlarımız Novruz bayramına videoçarx həsr ediblər
Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı xalqımızın qədim bayramlarından sayılan Novruz bayramına həsr olunmuş videoçarx hazırlayıb.
Azər-Türk Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə ərsəyə gələn videoçarxda icma üzvlərimiz və yerli sakinlər iştirak ediblər. Milli geyimli gənc xanımlarımız Azərbaycan müsiqisinin sədaları altında Novruza həsr olunan bayatılar söyləyiblər və bayram münasibətilə xalqımızı təbrik ediblər. Onlara yerli sakinlər də qoşulublar. Müxtəlif yaşdan olan finlər Azərbaycan dilində xalqımızı təbrik ediblər və Azərbaycan şeirlərindən misralar səsləndiriblər.