Niderlanddakı diaspor rəhbərləri və icma fəalları ilə görüş keçirilib

15.03.2021

Ölkəmizin Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov bu ölkədə yaşayan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və icma fəalları ilə görüşüb. Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu istiqamətində görülən işlərə dair müzakirələr aparılıb.
Görüş çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təltif edilən şəxslərə medal və təşəkkürnamələr təqdim edilib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nümayiş etdirdikləri vətənpərvərliyə və fədakarlığa görə icma üzvlərinə təşəkkür edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Göstərilən etimad və diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirən soydaşlarımız qeyd ediblər ki, Vətənimizin haqlı və ədalətli mövqeyini Niderland və dünya ictimaiyyətinə çatdırmaq, diaspor hərəkatına öz töhfələrini bəxş etmək naminə fəaliyyətlərini daha da gücləndirəcəklər.