Tanınmış azərbaycanlı musiqiçinin fikirləri Fransadakı erməniləri qəzəbləndirib
Fransada yaşayan tanınmış pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın fikirlərinin əks olunduğu "Azərbaycan özünümüdafiə üçün mübarizə aparır" sərlövhəli məqaləsi ölkənin "Le Temps" xəbər portalında yerləşdirilib.
Müəllif qeyd edib ki, azərbaycanlı pianistdir və 30 ildir Fransada yaşayır. Lakin 2020-ci ili Azərbaycanın paytaxtı Bakıda keçirmək xoşbəxtliyi nəsibi olub. Bildirib ki, qlobal koronavirus pandemiyası belə azərbaycanlı həmvətənləri və Azərbaycanın qonşu Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi üçün hiss etdiyi ağrıları azaltmayıb.
Məqalədə Ermənistanın hərbi təcavüzünün müxtəlif millətlərdən olan milyona yaxın insanın qaçqın düşməsinə, minlərlə insanın ölməsinə və tarixi yerlərin dağılmasına gətirib çıxardığı vurğulanıb. Azərbaycanın tarixən zəngin multikultural dəyərləri olan çoxcəhətli ölkə olduğunu nəzərə çatdıran müəllif əlavə edib ki, burada xristian, yəhudi, müsəlman və buddist mədəniyyətlərinin abidələri qorunub saxlanılır və onlara hörmət edilir. Bildrilib ki, Azərbaycan həm də Cənubi Qafqazda çoxsaylı xalqlarla dostcasına siyasi əlaqələr quran etibarlı geosiyasi tərəfdaşdır.
Qeyd edək ki, tanınmış soydaşımızın yazısı Fransada yaşayan ermənilərin qəzəbinə səbəb olub.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.letemps.ch/opinions/lazerbaidjan-se-bat-legitime-defense