İtaliya mediası Ermənistanı Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməyə çağırıb

04.03.2021

Həmvətənlərimizin təşəbbüsü ilə İtaliyanın https://nododigordio.org və https://www.lindro.it xəbər portallarında Xocalı soyqırımı ilə bağlı məqalələr yayımlanıb.
“nododigordio.org” xəbər portalında Auqusto Qrandinin müəllifliyi ilə yayımlanmış “Xocalı – Qafqazın yarası” adlı məqalədə Xocalı soyqırımı zamanı törədilmiş ağlasığmaz cinayətlər barədə geniş məlumat verilib. Qeyd edilib ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməməsi, cinayətkarların cəzalandırılmaması Azərbaycan və Ermənistan arasında həqiqi sülhün əldə olunmasını ləngidir.
Məqalədə bildirilib ki, müharibə təhlükəsinin aradan qaldırılması yalnız məsuliyyətin və haqq qazandırılması mümkün olmayan epizodlara görə günahın etirafından sonra mümkündür.
Ölkənin "lindro.it" xəbər portalında yayımlanan "Verdendən Xocalıyadək qətliam sülhə səbəb ola bilər" sərlövhəli məqalədə isə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması ilə gərginliyin, qəzəb və məyusluğun bəzi səbəblərinin yoxa çıxdığı bildirilir. Amma müəllif dərhal etiraf edir ki, qanlı qətliamın dəhşətləri hafizələrdə qalıb, bu səbəbdən inciklik qaçılmazdır. Çünki Xocalını törədən cinayətkarlar indiyədək cəzalandırılmayıblar. Məqalədə bildirilir ki, bu istiqamətdə erməni tərəfi addım atmalıdır, Dağlıq Qarabağı qarşıdurma deyil, əməkdaşlıq bölgəsinə çevirmək zəruridir.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://nododigordio.org/in-evidenza/khojaly-ferita-del-caucaso/
https://www.lindro.it/da-verdun-a-khojaly-una-strage-puo-favorire-la-pace/