Yunanıstan mediasında Xocalıya ədalət tələb edilib

04.03.2021

"Qala"` Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə ölkənin "Karfitsa"` qəzetində və eyniadlı xəbər portalında "Xocalıya ədalət" sərlövhəli məqalə yayımlanıb.
Məqalədə 29 il öncə Xocalıda baş verənlərə diqqət cəlb edilib, 2010-cu ildən başlayaraq bir sıra ölkələrin parlamentlərinin bu qanlı qətliamı soyqırımı aktı kimi tanıdığı, 26 yanvar 2012-ci il tarixində Avropa Şurası Parlament Assambleyasının Xocalı qətliamını pisləyən bəyanatla çıxış etdiyi, digər beynəlxalq təşkilatları bu hadisələrə siyasi-hüquqi qiymət verməyə çağırdığı nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə açağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr