London sakinlərinə Xocalı soyqırımı ilə bağlı vərəqələr paylanıb

03.03.2021

Böyük Britaniyada yaşayan diaspor fəalı Şəfiqə Robertsin təşkilatçılığı ilə azərbaycanlı gənclərin London şəhəində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
Britaniya parlamentinin qarşısında gerçəkləşdirilən aksiya zamanı Azərbaycan bayraqlarını əllərində tutan həmvətənlərimiz Xocalı həqiqətlərinin və "Xocalıya ədalət!" şüarının əks olunduğu plakatları nümayiş etdiriblər.
Şəhərin müxtəlif hissələrində London sakinlərinə Xocalıda törədilən vəhşiliklər barədə məlumat vərəqələri paylanıb.