"Buta"nın kiçik yaşlı uşaqları Xocalı soyqırımına fləşmob həsr ediblər

03.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsveçrənin Sürix şəhərində "Azərbaycanın Dostları" Birliyinin nəzdində fəaliyyət göstərən "Buta" rəqs dərnəyi Xocalı soyqırımı mövzusuna müraciət edib.
Xocalı faciəsini rəqsin dili ilə catdıqmağa çalışan 5-16 yaşarası uşaqlar qətlə yetirilən həmyaşıdlarının səhnəsini təqdim ediblər.
Qeyd edək ki, "Buta" dərnəyi fevralın 1-dən fəaliyyət göstərir. Dərnəyin xoreoqrafi Azərbaycan Dövlət Rəqs Ansamblının keçmiş solisti Sonaxanım Əliyevadır. Məqsəd – azərbaycamlı uşaqlara tariximizi və milli adət-ənənələrimizi əks etdirən rəqslər öyrətməkdir.