Xocalı faciəsinə görə Purim bayramının kütləvi keçirilməsindən imtina edilib

02.03.2021

İsrailin "The Times of Israel", "The Jerusalem Post", "Israelnationalnews", "7-ci kanal", "Stmegi" və "peacecom.org", habelə ABŞ-dakı "collive.com" və Kanadadakı "thej.ca" yəhudi xəbər saytlarında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məqalələr dərc olunub.
"Xocalı soyqırımı Azərbaycan qadınlarına və qızlarına hansı təsiri göstərmişdir", "Azərbaycan ravvini Purim bayramının kütləvi şəkildə qeyd olunmasını ləğv etdi", "Xocalı soyqırımını xatırlayaraq" və s. sərlövhələri ilə təqdim edilən məqalələrdə Xocalı soyqırımına dair müfəssəl məlumatlar verilir, faciə soyqırımı şahidlərinin dilindən ictimaiyyətə çatdırılır.
Eyni zamanda, məqalələrdə bildirilib ki, Azərbaycandakı yəhudi icmasının rəhbərləri ilk dəfə olaraq yəhudilərin milli bayramlarından olan Purimin şərəfinə təşkil edilən bütün icma tədbirlərini ləğv ediblər. Çünki bu il təsadüfən Purim bayramının qeyd edildiyi gün Xocalı soyqırımının anım günü ilə eyni tarixə düşüb. Onlar bu addımı Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq atıblar.
Aşkenazi yəhudi icmasının ravvini Şneur Şeqal qərarlarını belə izah edib: "Biz çoxmillətli Azərbaycan dövlətinin vətəndaşıyıq və bu mənada Xocalı soyqırımı bizim də faciəmiz sayılır. Biz qətlə yetirilmiş dinc azərbaycanlılara görə dərin kədər hissi keçiririk. Allahdan onların müqəddəs ruhlarına rəhmət diləyirik”.
Ölkədəki gürcü yəhudi icmasının rəhbəri Zamir İsayev də Xocalının ildönümü günü milli bayramlarının qeyd edilməsinin münasib sayılmadığını və həmin günün 28 fevral tarixinə keçirildiyini söyləyib.
Məqalələrdə həmçinin Xocalı soyqırımına dair əsas məlumatlar da yer alıb.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.timesofisrael.com/liveblog_entry/azerbaijans-jews-postpone-public-purim-celebrations-in-deference-to-national-memorial-day/
https://www.jpost.com/diaspora/azeri-jews-to-skip-purim-as-chag-coincides-with-national-day-of-mourning-660221
https://collive.com/azerbaijans-rabbi-cancels-public-purim-celebrations/
https://www.israelnationalnews.com/News/News.aspx/297520
https://www.7kanal.co.il/News/News.aspx/226867
https://stmegi.com/posts/86929/evrei-azerbaydzhana-otlozhili-prazdnovanie-purima-iz-za-natsionalnogo-traura/
https://www.peacecom.org/en/article/1783/
https://collive.com/azerbaijans-rabbi-cancels-public-purim-celebrations/
https://www.thej.ca/2021/02/24/remembering-the-khojaly-genocide/