Misir mediasında Xocalı soyqırımı və müasir dünyada ədalət tədbirlərindən bəhs edilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətininin İdarə Heyətinin üzvü Ahmed Abdo Tarabeekin ölkənin “Alwasela” və “sotbaladna” xəbər portallarında “Xocalı və müasir dünyada ədalət tədbirləri” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə bildirilir ki, müharibələr və qeyri-sabitlik dünyanın bir çox həyati əhəmiyyətli regionlarında üstünlük təşkil edir. Təhlükəsizlik və siyasi problemlər ədalətin olmaması və ikili standartların nəticəsidir.
Müəllif məqalədə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiklərini qanlı cinayət aktı adlandırıb və bu soyqırımın etnik təmizləmə rəmzi olaraq qalacağını bildirib.
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri, xüsusilə də Xocalı soyqırımını hər vasitə ilə gizlətməyə, çaşqınlıq yaratmağa, cəzadan qaçmağa çalışdığını nəzərə çatdıran müəllif hesab edir ki, buna yol vermək olmaz. Çünki təqsirkarların məsuliyyətə cəlb edilməsi regionda sülh və sabitliyə nail olmaq, Ermənistanla Azərbaycan arasında hərtərəfli barışıq üçün əsasdır.
Qeyd edək ki, 2019-ci ildə yaradılan Misir–Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi və sədri, "Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovdur.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
http://www.alwasela.com/768893
https://sotbaladna.com/6342/