Avropanın müxtəlif məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub
Bütün dünyada Xocalı soyqırımı qurbanlarının anım tədbirləri davam edir. Həmvətənlərimiz Almaniyanın Helzenkirxen, Köln, Berlin, Münhen və digər şəhərlərində fəaliyyət göstərən məscidlərə gedərək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilib və 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırlıb.
Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən həmvətənlərimiz faciə qurbanlarının ruhuna dualar oxuyub.