Azərbaycanlı musiqiçi Xocalı soyqırımı qurbanlarına videoklip həsr edib
Oman Sultanlığında Sultan Qabus Universitetinin fortepiano müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova bəstəkar Ceyhun Allahverdiyevin "Tac Mahal" baletindən ifa etdiyi "Vida Adajiosu"nu Xocalı soyqırımı qurbanlarına ithaf edib.
Fortepianoda ifa edilən musiqi parçasına çəkilən videoklipdə Xocalı soyqırımından görüntülər nümayiş etdirilib. Azərbaycanlı musiqiçi bildirib ki, ifası ilə dünyanı sülhə və barışa çağırmaq istəyir: "Günahsız insanlar ölməməlidirlər".
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının yetirməsi olan Vüsalə Əmirbəyova 2011-ci ildən Oman Sultanlığında yaşayır.
Videoklipi aşağıdakı linkdən izləmək mümkündür:
https://youtu.be/tsgWudDLbP8