Almaniya mətbuatında Xocalı qətliamına görə Ermənistan ittiham edilib

26.02.2021

Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədovun alman mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı qətliamı: Bütün məsuliyyəti Ermənistan daşıyır" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı aktı törətməsi, bu cinayətə görə Ermənistanın məsuliyyət daşıdığı, beynəlxalq hüquq normalarının və konvensiyaların kobudcasına pozulduğu, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın döyüş meydanından kənarda yerləşən Azərbaycan şəhərlərini bombardman edərək müharibə cinayətləri törətdiyi və s. barədə ətraflı məlumat verilib.
Məqalənin sonunda xüsusilə vurğulanıb ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması Azərbaycanla Ermənistan arasında möhkəm sülhün və barışın yaranmasına böyük maneədir.

Məqaləni daha ətraflı aşağıdakı linkdən oxumaq mümkündür:
https://t.co/wUOpDNsDx8