Slovakiya mediasında Xocalı soyqırımı "müharibənin başqa üzü" adlandırılıb

26.02.2021

Slovakiya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Rustəm Rustəmovun təşəbbüsü ilə ölkənin nüfuzlu "Hlavny Dennik" xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Birinci Qarabağ müharibəsinin başqa üzü" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalıda mülki azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi, bu amansız və qəddar cinayətin beynəlxalq sənədlərdə təsbit edildiyi, faciə ilə bağlı dünyanın aparıcı KİV-lərində xəbərlərin dərc edildiyi barədə geniş məlumatlar verilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.hlavnydennik.sk/2021/02/25/ina-tvar-1-vojny-o-nahorny-karabach/